Daş yeyərək həyatını qurtardı

7 Noyabr 2012 19:23 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-da sahibi tərəfindən küçəyə atılan itlə qonşuları da maraqlanmayıb. Aclıqdan daş yeyərək həyatda qalmağa çalışan it ölmdən qaytarılıb.

ABŞ-ın Mississippi əyalətinin Tunica şəhərində küçədə olan 18 aylıq itin kimsə yemək vermədiyi üçün tapdığı daşları yediyi ortaya çıxıb.

Ölümlə çarpışan it xəstəxanaya aparılıb.

ABC televiziyasının xəbərinə görə Joey adı verilən it Tunicadakı heyvan baxıcılıq mərkəzinin sahibi Sandi Villiams tərəfindən tapılıb.

Televiziya kanalına açıqlama verən Villiams TV-də Joeli görən heyvan sevərlərin indiyə qədər onun üçün 4 min dollar kömək etdiyini söyləyib: "İnsanların bu itə qarşı biganəliyini anlamıram. Bu günə qədər çox it qurtardım, amma, onun vəziyyətindəki bir heyvana heç rast gəlmədim. Onu tapdığımda itin bədənindəki sümüklər sayılırdı."