"Super Dünya" kəşf edildi
8 Noyabr 2012 14:33 (UTC+04:00)
Movqe.Az bildirir ki, Elm adamları dünyadan
42 işıq ili uzaqda tapılan kiçik bir ulduzun orbitində "Super
Dünya"nı kəşf edib. "Astronomy & Astrophysics" jurnalında nəşr
olunan araşdırmaya görə, "Super Dünya" dünyanın 7 qatı
böyüklüyündədir. Araşdırmanı idarə edən İngiltərədəki
"Hertfordshire" Universitetindən olan Mikko Tuomi ilə Almaniyadakı
"Goettingen" Universitetindən Quillen Anqlada-Eskud, 2008-ci ildə
kəşf edilən və "HD 40307" adı verilən cücə ulduzun orbitində 6
planetin olduğunu söyləyiblər. "HD 40307"dən ən uzaqda yerləşən
"Super Dünya" cücə ulduzun orbitindəki fırlanmanı 320 gündə
tamamlayır. Cücə ulduza çox yaxın olan digər 5 planet isə çox isti
olduğu üçün su saxlama ehtimalı daşımır. Qayalıq bir quruluşa sahib
"Super Dünya"nın içində yerləşən planet sistemi Çilidə olan La
Silla rəsədxanasından "HARPS" teleskopu vasitəsilə əldə edilən
məlumatların yenidən analiz edilməsi ilə məlum olub.