Əsrin qatili: “Almaniyada türkləri öldürənlərlə qürur duyuram”

18 Aprel 2012 12:32 (UTC+04:00)

Mövqe.Az xəbər verir ki, Norveçdə 77 adamı öldürən Breivik məhkəmədə, "Almaniyada türkləri öldürənlərlə qürur duyuram" deyib. O, ilk məhkəmə çıxışında müsəlmanların Avropada artmasına maneə törətmək üçün cinayətləri reallaşdırdığını söyləyib: "Ümid edirəm ki, sözüm kəsilməz. İkinci Dünya müharibəsindən sonra ən çox səs gətirən hücumları təşkil etdim. Öldürdüklərim günahsız deyildi. Yenə olsa, eyni hərəkətləri edərdim. Mənə qarşı sui qəsd təşkil edilsə də, bunu bacarmadılar. Norveçdə fəaliyyət göstərən iki müstəqil sağçı tərəf var. Onlar da hücum hazırlığındadırlar. Azadlıq istəyirəm!", - Breivik deyib.

Almaniyada Türkləri öldürən sağçılarla qürur duyduğunu söyləyən Brevikin öldürdükləri arasında 17 yaşındakı türk qızı Sirr Doğan da olub.

Xatırladaq ki, sadə vətəndaşların yaşadığı Norveçdə edam cəzası yoxdur. 10 həftə davam etməsi gözlənilən iddiada, Breivikin ağılı tarazlığının yerində olub-olmamasına qərar veriləcək. Əgər məkhəmə onun cinayəti şüurulu şəkildə törətməsi istiqamətində nəticə çıxararsa, Breivik 21 il həbs cəzası alacaq. Əks halda isə ruhi xəstəliklər dispanserinə göndəriləcək.

Əfqanə Məzahirqızı

Mövqe.Az