Şillə ilə yaranan gözəllik

11 Noyabr 2012 12:43 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Taylandlı Qipao iki il əvvəl başladığı peşəsində, qeyri-adi bir üsulla müştərilərini gözəl bir üzlə təmin etdiyini iddia edib. Qipaoyu digər gözəllik mütəxəssislərindən ayıran ən əsas xüsusiyyət hər hansı bir dərman istifadə etmədən yalnız üzə vurulan şillə ilə güzəlləşdirməsidir. Taylandlı gözəllik mütəxəssisi hər kəsin cavabını axtardığı gənc qalmanın sirrini bu üsulda tapdığını söyləyib. Tayland və xaricdən gələn müştərilərinin olduğunu deyən Qipao gələn müştərilərin əvvəl fotoşəkillərini çəkdiklərini söyləyib. Bu müalicənin yalnız əzələ, yanaq və boyun hissəsinə tətbiq olunduğuna diqqət çəkən Qiapo, müştərilərinə 4 seans sonunda üzlərindəki dəyişikliyi görəcəkləri zəmanətini rahatlıqla verdiklərini bildirib.