Rusiyadan Bakıya uçuşlar ləğv edilib

1 Yanvar 2016 10:30 (UTC+04:00)

RF Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") "UTair" aviaşirkətinin Rusiyanın şəhərlərindən İrəvan, Bakı, Gəncə də daxil olmaqla, 10 reysin yerinə yetirilməsinə dair icazəni geri alıb.Movqe.az report-a istinadən xəbər verir ki,  həmin reyslərdən biri Samara-Bakı marşrutu ilə olub.Məlumata görə, beynəlxalq hava sərnişin və ya yük daşınmasının yerinə yetirilməsinə dair müvafiq lisenziyalara malik daşıma şirkətlərinin bu hüququn geri çağırılması və yerinə yetirilməsi şərtlərinə dəyişikliklər edib.Kazan-Bakı reysinin həyata keçirilməsinə icazə ilə bərabər, aviaşirkət həmçinin Krasnodar-İrəvan, Mineralnıe Vodi-İrəvan, Rostov-na-Donu-Barselona, Rostov-na-Donu-İrəvan, Samara-Bakı, Soçi-İrəvan, Surqut-Gəncə, Tümen-Gəncə reyslərinin də yerinə yetirilməsinə dair uçuşlardan məhrum olub.