Zaqatala sakini valideynlərinin gözü qarşısında özünü bıçaqlayıb

1 Yanvar 2016 15:45 (UTC+04:00)

Zaqatala sakini valideynlərinin gözü qarşısında özünü bıçaqlayıb.Zaqatala Rayon Mərkəzi Movqe.az APA-ya istinadən bildrir ki, yanvarın 1-i saat 04 radələrində rayonun Əliabad qəsəbə sakini, 1986-cı il təvəllüdlü Aydın Nəzir oğlu Madayev qarının ön divarının kəsilmiş və daxilə nüfuz edən deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub.O, əməliyyat edildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə Aydın Madayevin yaşadığı evdə baş verib. Aparılan ilin araşdırma zamanı məlum olub ki, Aydın Madayev sərxoş vəziyyətdə, hələlik istintaqa tam bəlli olmayan səbəbdən valideynlərinin gözü qarşısında bıçaqla özünə xəsarət yetirib. Aydın Madayevin iki dəfə evli olub boşandığı bildirilir.Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.