Sıx dumanla əlaqədar olaraq İstanbul boğazı bağlanıb. Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatı İstanbul Liman İdarəsi yayıb. Məlumata görə, boğazda gəmilərin hər iki istiqamətdə hərəkəti Türkiyə saatı ilə 12:58-də təxirə salınıb. Boğazda gəmilərin hərəkətinin bərpa edilməsi hava şəraitindən asılı olacaq.