Obama Missuri ştatında fövqəladə vəziyyət elan edib

4 Yanvar 2016 09:01 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama azı 10 nəfərin həyatına son qoymuş daşqınlara görə  Missuri ştatında fövqəladə vəziyyət elan edib. Movqe.az-ın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.Qeyd edək ki, 2015-ci ilin sonunda tornado, fırtına və leysan yağışlar ABŞ-ın 11 ştatını əhatə edib. Təbii fəlakət nəticəsində 50-dən çox sakin ölüb. Daşqınlardan ən çox Missuri ştatı zərər çəkib.