Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan diplomatik qalmaqal Suriyada münaqişənin nizamlanması prosesinə təsir etməyəcək. Movqe.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdullah əl-Muallimi bəyan edib."Bizim tərəfimizdən hər şey dəyişməz qalıb. Səudiyyə Ərəbistanı Suriya və Yəməndə münaqişələrin dinc yolla həlli istiqamətində səylərini əsirgəməyəcək, sülh səylərinə dəstək vermək üçün inadla çalışacaq", deyə A. əl-Muallimi bildirib.Diplomat həmçinin vurğulayıb ki, indiyədək rəsmi Tehran Suriya və Yəməndə münaqişənin nizamlanmasında kifayət qədər səy göstərməyib.