​Gürcüstan və Rusiya sərhədində qar səbəbindən 150-dən çox maşın toplanıb

5 Yanvar 2016 23:00 (UTC+04:00)

Gürcüstandan Rusiya istiqamətində gedən yük avtomobili sürücüləri artıq neçə gündür ki, iki ölkə sərhədində qalıblar. Onlar qidasız və yanacaqsız Lars gömrük-buraxılış məntəqəsinin açılmasını gözləyirlər. Movqe.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.Qeyd olunur ki, kanalın çəkiliş qrupu hava şəraitinin pis olması səbəbindən göstərilən yerə gedə bilməyib. Yerli hakimiyyət orqanları hələ ki, bu məlumatı təsdiq etməyiblər.İlkin məlumatlara görə, 150-dən çox avtomobil -17 dərəcə şaxtada saatlarla yolların qardan təmizlənməsini gözləyiblər.Gürcüstanın bölgələrinə artıq dördüncü gündür ki, bol qar yağır və bu da ilk növbədə avtomobil yollarında nəqliyyatın hərəkətində çoxsaylı problemlər yaradıb.