"Formula-1" Avropa Qran-Prisi ilə bağlı hazırlıq işləri çərçivəsində Bakının yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Movqe.az-a verilən məlumata görə, asfalt örtüyünün təmiri ilə əlaqədar olaraq, Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun 2 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb. Bununla əlaqədar olaraq, Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində yerləşən işıqfora sarı döyünən işıq əmri tətbiq edilib.Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula-1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.