Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyat etdirib. Movqe.az-ın məlumatına görə, müğənni "ATV maqazin onlarla" verilişində uğursuz əməliyyatından danışıb:"Həmişə deyirdim ki, çalışacam, əməliyyat etdirməyim. Amma məcbur oldum. Ay yarım bundan əvvəl gözətrafımda əməliyyat etdirdim. Torbalar məni incidirdi. Makiyaj edəndə ağrı verirdi.Həkim deyib ki, hələ 4 aya tam sağalacaq. Neçə il bundan əvvəl qeyri-peşəkar kosmetoloq mənə demədən gözümün altına gel vurmuşdu. Bu da məndə problem yaratmışdı".M.İsgəndərli arıqlamasından da bəhs edib: "20 kiloqram arıqlamışam. Ac da qalmamışam, əməliyyat da etdirməmişəm. Hər gün 10 kilometr açıq havada gəzirdim. Evdə isə 2 saat trenajorla məşğul oluram".