Səhiyyə Nazirliyindən əhaliyə dərmanlarla bağlı-Xəbərdarlıq!

5 Yanvar 2016 12:11 (UTC+04:00)

Movqe.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyi dövriyyəsi qadağan edilən dərman preparatları ilə bağlı əhali arasında yaranmış çaşqınlığa aydınlıq gətirib.Məlumatda bildirilir ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyi tərəfindən 844 dərman vasitəsinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı informasiyalar yayılmışdır. Bununla bağlı bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən dövriyyəsinə qadağa dərman vasitələrinin adlarına deyil, ancaq siyahıda göstərilən SERİYALARINA qoyulub. Siyahıda adları qeyd edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb istifadə edə bilərlər. Bir daha qeyd edirik ki, dövriyyəsinə qadağa siyahıda göstərilən dərman vasitələrinin adlarına deyil, onların siyahıdakı SERİYALARINA aiddir.