Türkiyə aviaşirkətləri Rusiyaya uçuşları dayandırdı

5 Yanvar 2016 16:15 (UTC+04:00)

Türkiyənin Onur Hava Yolları və PEGASUS şirkətləri Rusiyaya uçuşları müvəqqəti dayandırıblar. Bu barədə "Milliyet" qəzeti məlumat yayıb. Aviaşirkətlər uçuşları yanvarın 13-dən etibarən bərpa etməyi planlaşdırırlar. Uçuşların müvəqqəti dayandırılması iki ölkə arasındakı məlum "qırıcı böhran"ı ilə əlaqələndirilir.