Günəşin tutulmasını gözləyirlər
13 Noyabr 2012 14:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Avstraliyada 10 il
müddətdən sonra izləniləcək günəş tutulması üçün minlərlə turist,
elm adamı və səma alimləri sahil bölgələrində gözləməyə başlayıb.
Elm insanları ölkənin şimal sahillərində günəşin çıxması ilə
birlikdə başlaması gözlənilən və 150 kilometrlik bir bölgədə
görülə biləcək tutulmanın möhtəşəm təbiət möcüzəsi meydana
gətirəcəyi deyilib. Ölkənin şimal sahillərində başlayacaq tutulma,
Cənubi Sakit okean bölgəsinə doğru hərəkət edəcək. Təxminən iki
dəqiqə davam edəcək tutulma ölkənin şərqində qismən görülə biləcək.
Tam günəş tutulması ölkənin şimal bölgəsində də izlənilə biləcək.