Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı universitet tarixində ilkə imza atıb.Universitetin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, rektorun göstərişi ilə imtahan verən tələbələrin valideynləri də gedişatı izləmək üçün imtahan zalında olacaqlar. Bu barədə artıq universitet daxilində xüsusi elanlar da yazılıb. Hər bir tələbənin valideyni yalnız şəxsiyyət vəsiqəsindən istifadə etməklə imtahana zalına daxil ola bilərlər.