"Azərbaycan Dəmir Yolları" “Standart&Poor’s” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı dayandırıb

6 Yanvar 2016 10:11 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC "Standart&Poor’s" beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı dayandırıb. Movqe.az-ın verdiyi xəbərə görə, "Standart&Poor’s" "Azərbaycan Dəmir Yolları" QSC-nin reytinqini şirkətin öz istəyi ilə geri çağırıb.Qeyd edək ki, reytinq agentliyi 2015-ci il dekabrın 15-də "Azərbaycan Dəmir Yolları" QSC-nin kredit reytinqini "BB-", proqnozunu isə "neqativ" səviyyəsinə endirib. Buna səbəb şirkətin borc öhdəliyinin icrasını 3 gün gecikdirməsi olub.