"Aşiq olmuşam" deməkdən utanıram"

6 Yanvar 2016 11:08 (UTC+04:00)

Aktrisa Ezgi Mola jurnallardan birinə müsahibə verib. Movqe.az-ın "Sabah"a istinadən məlumatına görə, "Kocan kadar konuş: Diriliş" filminin həyəcanını yaşayan aktrisa sevməkdən utandığını deyib: "Aşiq olmuşam"ifadəsi məni hər zaman utandırır". Ezgi onun həyatına hər zaman müdaxilə edən ailəsindən də danışıb:"Əlindən gəldiyi qədər mənə dəstək olmağa çalışan,bunun üçün də bütün həyatıma qarışan, üstəlik buna haqq qazandıran bir ailəm var".