Bergüzar Korel sözünün üstündə durdu - FOTO

6 Yanvar 2016 11:22 (UTC+04:00)

Dünən Türkiyənin məşhur aktrisalarından olan Bergüzar Korel ticarət mərkəzlərindən birində "Delibal" filmini izləyib.Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bu yaxınlarda ailəsi ilə birgə getdiyi Fransa səfərindən qayıdıb. Ölkəsinə qayıdan aktrisanın ilk işi kinoteatrda filmi izləmək olub. Bu barədə jurnalistlərə açıqlama verən aktrisa: "Film heyətinə, xüsusilə də ən yaxın dostum Kerem Çataya söz vermişdim ki, Türkiyəyə gələn kimi filmə baxacam. Sözümü tutdum. Çox bəyəndim. Hər şey əla idi", - deyib.Qeyd edək ki, aktrisa Fransada olduğu üçün filmin qala-gecəsində iştirak edə bilməmişdi.