Dünya Bankı Vaşinqtonda "Qlobal iqtisadi perspektivlər" məruzəsində dünya iqtisadiyyatı üçün növbəti proqnozlarını açıqlayıb.Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, dünya iqtisadiyyatının 2016-cı ildə 2,9%, gələcəkdə isə 3,1% artacağı gözlənilir. Bu, 2015-ci ilin iyun ayında proqnozlaşdırılandan müvafiq olaraq 0,4% və 0,1% azdır. Bankın hesabatına görə 2016-2017-ci illərdə Avrozonada iqtisadi artım 2,7% və 2,4%, Böyük Britaniyada - 2,4% və 2,2%, ABŞ-da hər iki ildə 2,1% təşkil edəcək. Dünya Bankının proqnozuna əsasən, Azərbaycanda 2016-cı ildə iqtisadi artım 0,8%, 2017-ci ildə isə 1,2 təşkil edəcək.