“BakuBus” sərnişinlərə 6203 manat pul ödədi
7 Yanvar 2016 16:10 (UTC+04:00)
"BakuBus" MMC tərəfindən sərnişin təhlükəsizliyinə xidmət edən və
qanunvericiliklə tənzimlənən bütün şərtlərə əməl edilir. Bu barədə
Movqe.az-a "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova
məlumat verib. Belə ki, "İcbari sığortalar haqqında" Azərbaycan
Respublikasının Qanununun müddəalarına əsasən noyabrın 16-da Salyan
şossesində, 20-ci sahə dairəsi yaxınlığında "BakuBus" MMC-yə məxsus
6 saylı marşrut üzrə hərəkət edən avtobusun qəzaya uğraması
nəticəsində xəsarət alan 7 nəfərlə bağlı sığorta şirkəti tərəfindən
tam təhlil aparılmış və həmin qəza nəticəsində xəsarət alan
Məhərrəmova Dilarə Tağı qızına 953 AZN, Dadaşzadə Fərhad Nadir
oğluna 1500 AZN, Mirzəyeva Nəzakət Eldar qızına 1500 AZN, Əliyev
Sərvan Məlumat oğluna 750 AZN, Ələkbərova Firuzə Bala Hüseyn qızına
750 AZN, Əliyeva Fəxrəndə Nadir qızına 750 AZN zərər ödənişi
edilib. Bir nəfər zərər çəkən yüngül xəsarət aldığından könüllü
şəkildə zərər ödənişindən imtina edib. Məlumat "AzSığorta" şirkəti
tərəfindən daxil olub.