Ərəb koalisiyası İranın Yəməndəki səfirliyinə hücum ittihamlarını təkzib edib

8 Yanvar 2016 09:21 (UTC+04:00)

Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası  İranın Yəməndəki səfirliyinə hücum olunduğu barədə ittihamları təkzib edib. "Aparılmış araşdırma bu məlumatların yalan olduğunu və səfirliyin yerləşdiyi rayonda hər-hansı əməliyyatın keçirilmədiyini müəyyən edib", deyə  koalisiyanın məlumatında bildirilir. Qeyd edək ki, ötən gün İran hökuməti Səudiyyə Ərəbistanını Yəmənin paytaxtı Sana şəhərindəki İran səfirliyinin binasını bombalamaqda ittiham edib.İRİB-in məlumatına görə, Səudiyyə aviasiyasının zərbələri nəticəsində İran səfirliyinin mühafizə xidmətinin bir neçə əməkdaşı yaralanıb. "Səudiyyə Ərəbistanı səfirlik binasına vurulan zərərə və bir neçə əməkdaşın xəsarət almasına görə məsuliyyət daşıyır", - deyə İran XİN-in rəsmi nümayəndəsi Hüseyn Baber Ənsari bildirib.