Amerikanın fond bazarı ÇÖKDÜ – 119 ilin rekordu

8 Yanvar 2016 09:54 (UTC+04:00)

2016-cı ilin ilk günləri Amerika fond bazarının tarixində ən böyük çöküşlə yadda qalıb.Movqe.az xarici KİV-ə istinadən xəbər verir ki, "Dow Jones" indeksi yanvarın 4-dən başlayaraq 5,5% dəyər itirərək son 119 il ərzində ən böyük geriləməni göstərib.  Qərb mətbuatının məlumatına görə "Dow Jones" 1897-ci ildən bəri belə geriləmə göstərməmişdi.  Çin iqtisadiyyatındakı qeyri-müəyyənlik və dünya bazarından neftin ucuzlaşması fond birjalarındakı böhranın əsas səbəbi göstərilir.  Əksər analitiklər isə bu gedişatla 2008-ci ildə dünyanı saran iqtisadi böhranın təkrarlanacağını deyirlər.