"Bu cılız canımla kimə çatım?" - Röya

8 Yanvar 2016 10:06 (UTC+04:00)

"Doğrudan hər acını daşıyan ürəkdi. Onu qorumaq istərdim. Amma hər insandan eşitdiyim problem məni çökdürür". Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Röya Ayxan deyib. O, son günlər insanların problemlərinin artmasından şikayətlənib:"Hər kəsə səbr arzulayıram. Bu cılız canımla kimə yetim, kimə çatım? Bilmirəm... Allahım sən millətimizi bu ağır sınaqdan tez çıxart".R.Ayxan daha sonra müğənni Zamiq Hüseynovla dostluğundan bəhs edib:"Canım dostlarım, çox ələndik və böyüdük. Bundan sonra nə tapan, nə itirənəm. Zamiq, Allah səni xoşbəxt etsin. Canayaxın 4-5 nəfərsiniz, hər zaman yaxşı olun. Çox adamdan artıq qorxuram. Hər kəsin bir güdən yeri var. O da məndən uzaqdı. Yaxşı ki, varımsınız".