Türkiyənin tanınmış aktyoru Remzi Evren 58 yaşında Üsküdardakı evində dünyasını dəyişib. Movqe.az-ın "Hürriyet"ə istinadən xəbər verir ki, ağciyər xəstəsi olan aktyor bu gün günorta saatlarında həyatla vidalaşıb. Remzinin yuxusunda infarkt keçirdiyi məlum olub. 2 qız atası olan aktyorun yaxınları onun evinə axışaraq başsağlığı veriblər.Qeyd edək ki, R.Evren "Üvey baba", "Kurtlar Vadisi Pusu", "Karadayı", "Behzat Ç.", "Möhtəşəm yüz il: Kösəm" kimi seriallarda çəkilib.