Müğənni Sinan Akçıl radio proqramlarından birində qonaq olub. Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, "nə zaman evlənirsən" sualını cavablandırıb. Sinan həmkarı İrem Dericiyə yeni albomu üçün "Bana hiçbir şey olmaz" və "Evlenmene bak" adında iki mahnı verdiyini açıqlayıb.Uzun zamandır Ebru Şallı ilə birgə olan Akçıl Tarkanın adını ortaya atıb:"Hamısı qismətdən asılıdır, bu an həyatımdan məmnunam. Əvvəl Tarkan evlənsin, sonra mən. Öncə böyüklərimiz, sonra növbə bizə gələr".