Dünya Bankı: 2016-cı ildə dünya iqtisadiyyatının artım tempi 2,9 % təşkil edəcək

8 Yanvar 2016 14:11 (UTC+04:00)

2016-cı ildə Çində iqtisadi artım templərinin azalmasının davam edəcəyi, Rusiya və Braziliya iqtisadiyyatında resessiyanın davam edəcəyi proqnozlaşdırılır. Formalaşan bazarlara malik ölkələrdəki vəziyyət bütövlükdə dünya iqtisadiyyatının inkişaf tempinə təsir edəcək. Movqe.az xəbər verir ki, bu barədə Dünya Bankının "Qlobal iqtisadi perspektivlər" adlı yeni hesabatında məlumat verilib.2016-cı ildə dünya iqtisadiyyatının artım tempi 2,9% təşkil edəcək. Hərçənd 2015-ci ildə bu göstərici 2,4 faizdən yüksək olmayıb. Ekspertlər az da olsa, müəyyən canlanmanı inkişaf etmiş ölkələrin iqtisadi artım tempinin sürətlənməsi ilə əlaqələndirir.Amma son on il ərzində qlobal iqtisadi artıma əhəmiyyətli töhfə verən inkişaf etməkdə olan bazar ölkələrinin iqtisadiyyatının zəifləməsi müşahidə olunur. "Dünyanın aztəminatlı insanlarının 40 faizindən çoxu inkişaf etməkdə olan ölkələrdə yaşayır. Bu tip ölkələrdə isə iqtisadi artım 2015-ci ildə xeyli azalıb", - Dünya Bankı Qrupunun prezidenti Cim Yon Kim deyib. 2016-cı ildə Avropa və Mərkəzi Asiya ölkələrində ümumi iqtisadi artım 3% təşkil edəcək. Bu rəqəm 2015-ci ildə 2,1% olub. Eyni zamanda, neftin qiymətinin azalma dərəcəsinin zəifləyəcəyi və ya sabitləşəcəyi, Rusiya iqtisadiyyatının vəziyyətinin sabitləşəcəyi, Ukrayna iqtisadiyyatında isə canlanma olacağı gözlənilir.Proqnozlara görə, 2016-cı ildə Rusiyada iqtisadi aktivlik yalnız 0,7% azalacaq ki, bu da 2015-ci ilin göstəricisi (3,8 %) ilə müqayisədə xeyli azdır. Eyni zamanda, xammal məhsullarının qiymətlərində sabitləşmə olacağı təqdirdə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu ölkələrində iqtisadi artımın cüzi bərpası mümkündür.