Mərkəzi Bank banklar üçün marjanı 2%-dən 4%-ə qaldırıb

8 Yanvar 2016 17:47 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara məktub göndərib.Movqe.az-ın məlumatına görə, məktubda bildirilir ki, banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməlidir. Əvvəllər bu limit 2% səviyyəsində idi.Başqa sözlə, banklar xarici valyutanın alqı-satqısı zamanı AMB-nin müəyyən etdiyi rəsmi məzənnədən 4% kənarlaşa bilər.