"Evdəkilər məndən icazəsiz heç nə ala bilməz" - Ədalət Şükürov

8 Yanvar 2016 18:30 (UTC+04:00)

Əməkdar artist Ədalət Şükürov ailə büdcəsindən danışıb. Movqe.az Axşam.az-a istinadən bildirir ki, müğənni "Qadına görə" verilişində ailə üzvlərinin ondan icazəsiz alış-veriş etmədiyini bildirib:"Qadınla kişi fərqli planetlərdir. Bir-birini başa düşmək qəliz məsələdir. Onların "Biz bir-birimizi başa düşürük" ifadəsi yalandır. Hər bir xanım pul xərcləməyi xoşlayır. Amma qadın eyni zamanda qənaətçil olmalıdır. Kişi qazanmalı, qadın onu yığmalıdır. Uşaqları da büdcəyə öyrəşdirmək yaxşıdır. Çərçivədən çıxmaq olmaz. Evdə büdcəyə mən baxıram. Mənsiz ailəmdə heç kim özünə nəsə ala bilməz. Məndən icazə alınmalıdır. Ona görə yox ki, mən icazə verməyəcəm. Sadəcə, bilməliyəm evdə nə hara getdi. Kişi mənəm, büdcəyə nəzarət etmək də borcumdur. Uşağın, həyat yoldaşının nə gəldi gedib alması olmaz".