Azərbaycanda Norvuz bayramı ilə əlaqədar tətil günləri açıqlanıb. Movqe.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günüdür.Əmək Məcəlləsinə əsasən, martın 20-si qeyri-iş gününə-bazar gününə düşdüyündən martın 25-i (cümə günü) qeyri-iş günü hesab olunacaq.Martın 19-da şənbə gününə təsadüf etdiyindən iş olmayacaq.Beləliklə, Novruz bayramında martın 19, 20, 21, 22, 23, 24, 25, 26, 27-si iş olmayacaq. İş martın 28-i, yəni, həftənin ilk günü başlayacaq.