Ötən il ərzində 450 Türkiyə vətəndaşı İŞİD terror təşkilatına qoşulub. Movqe.az-ın "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, İŞİD-ə qoşulanlar Ankara sakinləridir.Ölkə kəşfiyyatının məlumatına əsasən, İŞİD-ə qoşulanlardan 100 nəfər Suriyada partlayıcı qurğu hazırlamağı öyrənib.Qəzet yazır ki, İŞİD-ın sıralarında təlim keçmiş Türkiyə vətəndaşları terror aktı törətmək üçün ölkəyə qayıtmaq niyyətindədirlər.