Günün qoroskopu: Hər kəs əsəbidir

10 Yanvar 2016 13:06 (UTC+04:00)

Qoç - Bu günü sakit keçirmək tövsiyə olunur. Sizə vacib görünən məsələləri bir kənara qoyun. Eybi yox, ətrafınızdakılar bu barədə nə düşünürlərsə, qoy düşünsünlər. Tez-tez sizi özünüzdən çıxaran insanlarla ünsiyyətdən qaçın. Öz qeydinizə qalın.


Buğa - Vacib mövzuları götür-qoy edin. Öz mülahizələrinizi qohumlarınızla bölüşün, gələcək planların müzakirəsindən qaçmayın. Bu gün nikaha girmək, yaxud sevdiyiniz insanla birgə yaşamaqla bağlı qərar verə bilərsiniz.


Əkizlər - Hər kəs əsəbidir. Çox az adam qıcıqlanmadan kimisə dinləyir. Bəziləri özünənəzarəti gücləndirməyə çalışsalar da, mənfi emosiyalar lazım olmayan anda püskürür. Odur ki, münaqişəli situasiyaların çoxluğu qaçılmazdır. 


Xərçəng - Günün birinci yarısında diqqətsizlik, yüngülxasiyyətlik və öz gücünü düzgün hesablamama səbəbindən çətinliklər  yarana bilər. Bu dövrdə nahaq xərclər və maliyyə itkiləri gözlənilir. Kənar fikirləri başdan ataraq işə köklənmək də çətindir.


Şir - İstənilən söhbət, ünsiyyət üçün gözəl gündür. Çətinlik çəkmədən diqqət mərkəzinə düşür, insanların rəğbətini qazanır, yeni tərəfdaşlar tapırsınız. Ziyafətə gedə, yaxud onu özünüz təşkil edə, qonaq qəbul edə bilərsiniz. Əyləncəylə, asudə vaxtla bağlı ideyalarınız möhtəşəmdir.

Mənfi tendensiyalar da yaranacaq. Bu gün baş verənləri ürəyinizə salır, təsadüfi tanışlıqları ilk baxışdan məhəbbət kimi dəyərləndirir, yersiz bir zarafatı isə təhqir kimi qəbul edirsiniz.


Qız - Bir çoxları təklikdə, yaxud ünsiyyətlərin sayını azaldaraq məhsuldar işləyə biləcəklər. Günün ikinci yarısında müsbət tendensiyaların təsiri artacaq. Bu zaman sürprizlər, xoş təsadüflər, maraqlı görüşlər mümkündür. Çoxdankı bir münaqişəni də həll etmək şansı var.


Tərəzi - Yeni tanışlıqlara can atmanız, əhatə dairənizi genişləndirmək istəyiniz ünsiyyətlərinizi kor-koranə edir. Bu, təhlükəli ola bilər, xüsusilə də xanımlar üçün. Axşam təklikdə gəzintiyə çıxa bilərsiniz.


Əqrəb - Uğurlu təsadüflər gözlənilir. Siz, yəqin ki, bunlardan istifadə edəcəksiniz. Nə istədiyini bilənlər üçün bu gün əla gündür. Azlıqda qalmısınızsa, hərəkət etməyə tələsməyin. Müxtəlif variantlar fikirləşin, hadisələrə şübhə ilə yanaşın, ağlınıza gələn hər şeyi anında həyata keçirməyə çalışmayın.


Oxatan - Gün elə də pis başlamır. Amma getdikcə mənfi yüklü hadisələr çoxalır. Planları dəyişməli, böyük səbrsizliklə gözlədiyiniz tədbirlərdən imtina etməli olursunuz. Dost və qohumlarınızla münaqişələr mümkündür, öz nöqteyi-nəzərinizi elə ciddi-cəhdlə müdafiə edirsiniz ki, müsahiblərinizin xətrinə dəyirsiniz.


Oğlaq - Bu gün daha məsuliyyətlisiniz. Ciddi yanaşma bir çox problemlərinizin həllinə kömək edir. Bunların sırasında əvvəllər heç cür öhdəsindən gələ bilmədikləriniz də var. Çoxdan darıxdığınız insanlar peyda olacaqlar. Planlaşdırılmamış görüşlər və bayramların təşkili ehtimalı var. Əgər qadınların dəstəyindən istifadə etsəniz, xırda maneələri asanlıqla aşa bilərsiniz.


Dolça - Günün yaxşı tərəfləri də var. Məsələn, bir çoxları bu gün kəşflər etməyə meyllidirlər. Bunlarsız problemlərin öhdəsindən gəlmək mümkün deyil axı! Çoxları şəxsi həyatlarında nəyisə dəyişmək istəyir və xoş təsadüfdən bunun üçün yaxşı imkanlar yaranır.

 

Balıqlar -  Yaxşı başlanan çox pis davam edə və fəlakətlə bitə bilər. Diqqətli olun, sınma anını - xoşbəxtlikdən bədbəxtliyə dönmə nöqtəsini - tutmaq və vəziyyəti xilas etmək şansınız var. Çətinlikləri azaltmağın başqa bir yolu - təcrübəli insanların məsləhətlərinə qulaq asın və hətta xoşunuza gəlməsə belə, təklifləri qəbul edin.


Milli.Az