Göygöldə meşədə meyiti tapılan şəxsin kimliyi məlum olub. Movqe.az-ın APA-ya istinadən məlumatına görə, yanvarın 10-da rayonun Şəhriyar kəndi yaxınlığında bıçaqlanaraq qətlə yetirilən şəxsin, rayonun Şəhriyar kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Rəşad Qəşəm oğlu olduğu müəyyən edilib. Onun öz həmkəndlisi tərəfindən qətlə yetirildiyi bildirilir. Cinayəti törədən şəxs saxlanılıb.
***
saat 15.51
Göygöldə meşədə meyit tapılıb.Movqe.az APA-ya istinadən bildiri ki, bu gün rayonun Şəhriyar kəndi ərazisində üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb. Tapılan şəxsin kimliyi hələlik məlum deyil.Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.