Azərbaycan əsgəri minaya düşüb

14 Noyabr 2012 12:24 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qeydə alınıb. Ordumuzun əsgəri, 19 yaşlı Mahir Tahir oğlu Zərbiyev minanın partlaması nəticəsində ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Yaralanmış əsgərin vəziyyəti stabil ağırdır.

Qeyd edək ki, M. Zərbiyev 2011-ci ildə Yardımlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.