İstanbulda daha bir nəfər "donuz qripi"ndən öldü

11 Yanvar 2016 10:30 (UTC+04:00)

İstanbul xəstəxanalarından birində daha bir nəfər "donuz qripi"ndən dünyasını dəyişib. Movqeşaz-ın Türkiyənin Haber 7 kanalına istinadən verdiyi məlumata görə, bundan öncə yüksək hərarət və nəfəs yollarının infeksiyası diaqnozu ilə 3 nəfər xəstəxanaya yerləşdirilib. Digər xəstələrin vəziyyəti də ağırdır.