Hər ay 23 min nəfər kredit kartından imtina edir

11 Yanvar 2016 10:55 (UTC+04:00)

Movqe.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit kartlarının sayı ötən ilin Noyabr ayının sonunda 1 milyon 89 min ədəd olub. Bu, ötən ilin Yanvar ayının sonu ilə müqayisədə 233 min ədəd və ya 17,6% azdır. 2015-ci ilin Yanvarında kredit kartlarının sayı 1 milyon 322 min ədədə çıxmışdı. Fevraldakı devalvasiyadan sonra kredit kartlarının sayı hər ay orta hesabla 23 min ədəd azalıb.

İŞ YERLƏRİ BAĞLANIR, ƏMƏK HAQQI KARTLARI AZALIR

Ötən ilin Noyabr ayında əməkhaqqı kartlarının sayı 10 min ədəd azalaraq 1 milyon 483 min ədəddən 1 milyon 473 min ədədə düşüb. Əməkhaqqı kartlarının sayının azalması iş yerlərinin bağlandığına işarə edir.

Noyabrda sosial kartların sayı 23 min ədəd, digər debet kartların sayı isə 7 min ədəd artıb.

Kredit kartlarının və əməkhaqqı kartlarının sayının azalmasının təsiri ilə cəmi ödəniş kartlarının sayı İyul-Noyabr aylarında 6,7 % azalaraq 5 milyon 679 ədədə düşüb. İyul ayından əvvəl ödəniş kartlarının sayı 6 milyon ədəddən çox idi. 

Kartların sayı, min ədədlə

Ay

Ödəniş kartları ümumi sayı, min ədəd, (dövrün sonuna)

Sosial kartlar

(debet)

Əmək haqqı kartları (debet)

Digər debet kartlar

Kredit kartları

Dekabr 2014

5965

2426

1444

794

1302

2015

 

 

 

 

 

Yanvar

6018

2441

1438

818

1322

Fevral

6032

2447

1441

834

1319

Mart

6038

2461

1442

854

1281

Aprel

6049

2471

1444

870

1264

May

6074

2482

1450

874

1268

İyun

6088

2484

1452

907

1244

İyul

5856

2486

1475

704

1191

Avqust

5759

2456

1465

678

1161

Sentyabr

5647

2386  

1471

657

1133

Oktyabr

5685

2425

1483

663

1113

Noyabr

5679

2448

1473

669

1089