Amerikalı ekspert: “Rusiyadan qaz idxalı Gürcüstanın ABŞ-la münasibətlərinə mənfi təsir edəcək”

11 Yanvar 2016 16:35 (UTC+04:00)

"Azərbaycanın Gürcüstana lazımi həcmdə qaz ixrac etdiyi halda, ölkənin İran və Rusiyadan qaz idxal etmək istəməsinin səbəbləri anlaşılan deyil".Movqe.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, bu barədə Xarici siyasət üzrə Amerika Şurasının eksperti Stiven Blank bildirib.S. Blank hesab edir ki, bu siyasət ABŞ-Gürcüstan münasibətlərinə mənfi təsir edəcək:  "Fikrimcə, bu siyasət ictimai deyil, şəxsi mənfəətlərə xidmət edir. Bu, Gürcüstanın Rusiyaya qarşı müqavimətini zəiflədir".Xatırladaq ki, Gürcüstan mediasında ölkənin İran və Rusiyadan qaz almağa hazırlaşması ilə bağlı xəbərlər yayılıb. Gürcüstan Energetika Nazirliyi isə İranla bu sahədə konkret razılaşmanın olmadığını bildirib. Mətbuatda yayılan digər məlumatlarda energetika naziri Kaxa Kaladzenin İsveçrənin Sürix şəhərində "Qazprom" təmsilçiləri ilə gizli danışıqlar apardığı qeyd edilir. Gürcüstanın müxalifətçi Vahid Milli Hərəkat Partiyası "Qazprom"la sövdələşmə cəhdlərinə etirazını bildirərək bu siyasətdən imtina edilməyəcəyi təqdirdə, hökumət əleyhinə kütləvi etirazlara başlayacağını açıqlayıb."Hakimiyyətin bu addımı Gürcüstanın enerji təhlükəsizliyi üçün təhdid yaradır və ölkənin suverenliyini zəiflədir. Hökumətin bu  qərarı, həmçinin, illərdir Gürcüstanı stabil və fasiləsiz şəkildə enerji ilə təmin edən strateji tərəfdaş Azərbaycana qarşı yönəlib", - deyə partiyanın bəyanatında qeyd edilib.