Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.Movqe.az bildirir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Mehdiyev Mehman Hüseyn oğlunun idarə etdiyi "90 ZL 285" dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Qazax rayonu ərazisində saxlanılaraq avtomobilə baxış keçirilib.Yoxlama zamanı həmin nəqliyyat vasitəsindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 18 min ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.