Bergüzar və Halit tango oynadılar - fotolar

12 Yanvar 2016 11:12 (UTC+04:00)

Yeni mövsümdə heç bir layihədə iştirak etməyən aktrisa Bergüzar Korel ilə aktyor həyat yoldaşı Halit Ergenç rəqsə meyl salıblar.Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evliliklərinin yeddinci ilini qeyd etməyə hazırlaşan cütlük "məhəbbət rəqsi" kimi təqdim edilən tanqo dərsləri almağa başlayıblar. Xüsusi rəqs dərsi alan Haliti qadın, Koreli isə kişi rəqs müəllimi müşayət edib. Cütlük rəqs dərslərində çəkilən fotoları sosial mediayada paylaşıb.Dərsləri bitdikdən sonra partı təşkil edəcək cütlük yaxın dostlarının qatılacağı partidə rəqs məharətlərini göstərəcəklər.