Türkiyə polisi İstanbulda törədilən terror aktından sonra ölkənin 5 şəhərində antiterror əməliyyatı keçirib. Movqe.az-ın "Haber Turk"ə istinadən verdiyi xəbərə görə, reydlər Ankara, Şanlıurfa, Mersin, Kilis və Adanada keçirilib.Ümumilikdə, İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 59 nəfəri saxlanılıb. Ankarada 15-i Suriya vətəndaşı olmaqla 16 nəfər saxlanılıb. Onların deportasiya olunacağı gözlənilir. Digər şəhərlərdə saxlanılan türklərə terrorçuluq ittihamı irəli sürülüb. Qeyd edək ki, ötən gün İstanbulun tarixi hissəsində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.