Bu barədə də "The Mirror" qəzeti yazıb. Məqalədə deyilir ki, 'iYawn' (Mən əsnəyirəm) antiyuxusuzluq sistemi istifadəçiləri "yuxuya vermək" məqsədi güdür. Movqe.az BBC-yə istinadən xəbər verir ki, yuxusuzluğa müharibə elan etmiş Apple bildirib ki, insanın yatmasına mane olan mavi işıqdır.Sözü gedən sistem iPhone və iPad-lərə əlavə edilib.Yeni modifikasiyalar "gecə rejimi" adlanan sistemlə işləyəcək ki, burada xüsusi proqram axşam düşdükcə ekranlardakı işığın rəngini dəyişəcək.Apple şirkətinin bəyanatında deyilir ki, bir çox tədqiqatlar parlaq mavi işığın yuxunu pozduğunu göstərib. Belə işıq insanın yuxu ritminə mənfi təsir göstərir."Gecə rejimi" sizin cihazınızdakı saat və geolokasiyanın köməyi ilə olduğunuz yerdə qürub vaxtını müəyyən edəcək. Bundan sonra, qaş qaraldıqca, ekrandakı işıq, spektrin "daha isti" hissəsinə keçəcək. Səhər saatlarında mavi işıq ekranlara qayıdacaq.