Anar Fatimənin geyimini tənqid etdi

13 Yanvar 2016 17:50 (UTC+04:00)

"ATV maqazin onlarla" verilişinin "Fashion" rubrikasının növbəti hədəfi rəqqasə Fatimə Fətəliyeva olub. Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçinin geyimini stilist Anar Ağakişiyev tənqid edib. F.Fətəliyeva öz zövqü ilə bağlı bunları deyib: "Rəqs paltarlarımı sevirəm, özümü zövqlü sayıram. Amma gündəlik geyimlərimdə bir az geridə qalıram. Hər zaman dəbli, incəliklərə toxunan xanımları görəndə qısqanıram. Deyirəm, "Mən niyə belə deyiləm?". Afaq Gəncəlinin, Tünzalə Ağayevanın  geyim tərzini sevirəm". Stilist Anar Ağakişiyev rəqqasənin geyimindəki qüsurları belə diqtə edib: "Yaşına görə öz geyim tərzi var. Dəbi diqtə edən deyil. Bu libasla ad gününə gedir, normaldır. Ayaqqabısını bəyənmədim. Üstündə gözəl köynək var. Üzüyünün qaşı çox qabarıqdır. Saat uyğun deyil. Göz və dodaqları çox abartılıb. Saçı hədsiz qabarıqdır. Sanki taxılma saçdır. Fatiməni heç ilk 30-luqda görmürəm".