Ermənistan "qara siyahı"ya salınır
14 Yanvar 2016 13:30 (UTC+04:00)
Almaniyanın Bavariya vilayətinin rəhbərliyi
miqrantların qəbulu ilə bağlı yeni məhdudiyyətlər tətbiq etməyə
hazırlaşır. AzVision.az yerli KİV-ə istinadən xəbər verir ki, vətəndaşların
müraciətləri ləğv olunacaq ölkələr siyahısında Ermənistan da
var.
Bavariyanın daxili işlər naziri Yohaim Herman
hökumətin iclasında bəyan edib ki, perspektivsiz müraciətlərin ləğv
olunmasında təhlükəsiz ölkələr konsepsiyasının tətbiqi olduqca
rahatdır.
Məlumata əsasən, yeni siyahıda Ermənistan,
Gürcüstan, Moldova, Ukrayna, Hindistan, Mali, Monqolustan,
Əlcəzair, Qambiya və Banqladeşin də adı var. Bu ölkə
vətəndaşlarının müraciəti çox nadir hallarda Miqrasiya və Qaçqınlar
üzrə Federal Xidmət tərəfindən müsbət
cavablandırılır.