Bibər qazı zarafatı xəstəxanalıq edib

15 Noyabr 2012 10:34 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Türkiyədə 7-ci sinif şagirdlərindən E.Ç, marketdən aldığı bibər qazını tənəffüsdə zarafat etmək məqsədi ilə yoldaşlarına tərəf sıxıb. 

Qazdan təsirlənən 14 şagird məktəb rəhbərlərinin xəbər verdiyi 112 Təcili Xidmət qrupları tərəfindən xəstəxanaya 

çatdırılıb. Müalicə altına alınan şagirdlərin həyatı təhlükələrinin olmadığı, amma sağlamlıqları üçün müşahidə altında tutulduqları öyrənilib.

Məktəb direktoru Ömər Ülker isə, məktəblərində təhsil alan 7-ci sinif şagirdi E.Ç-yə bibər qazı satan adam və iş yerlərinin nəzarət edilməsinin lazım olduğunu söyləyib.