Xəzər İbrahim: “NATO Xocalı aeroportu ilə bağlı məsələdə ATƏT-in Minsk Qrupunun mövqeyini dəstəkləyir”

15 Noyabr 2012 11:30 (UTC+04:00)

NATO-da ermənilərin işğalı altında olan Azərbaycanın Xocalı aeroportu barədə məsələ müzakirə olunub. APA-nın məlumatına görə, bu barədə Brüsseldə səfərdə olan Azərbaycan jurnalistlərinə Azərbaycanın NATO yanındakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim bildirib.

Diplomatın sözlərinə görə, NATO-nun bununla bağlı mövqeyi mövcuddur: "NATO Çikaqo Sammitinin yekun qətnaməsinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Xocalı aeroportu ilə bağlı məsələdə isə ATƏT-in Minsk Qrupunun mövqeyini dəstəkləyir".