Məkkəyə dolu yağdı

15 Yanvar 2016 09:18 (UTC+04:00)

Məkkəyə dolu yağıb və bu hər kəsi təəccübləndirib. Movqe.az Anspress-ə istinadən bildirir ki, Məkkədə havanın qəflətən pisləşməsi, kameralarda əks olunan dolu dənələrinin böyüklüyü diqqət çəkirbQoz böyüklüyündəki yağan dolunun şəhərin mərkəzinə ciddi zərər verdiyi bildirilib.Məkkə və Mədinəni birləşdirən yolla hərəkət edən sürücülər gördüklərinə inana bilməyiblər. Normalda qış aylarında belə Məkkə şəhərində havanın hərarətinin müsbət 30 dərəcə olduğu bildirilir.Qəflətən havaların dəyişərək dolu yağması isə insanlarda təəccüb yaradıb. Bu vəziyyətdən sürücülər maşınlarını saxlayaraq havanın normallaşmasını gözləyiblər.