"Sothebychr("39")s"dən tarixin ən böyük auksiyonu
15 Noyabr 2012 15:35 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünyanın ən
böyük auksiyon şirkəti İngiltərənin "Sotheby's" şirkəti, 286 illik
tarixinin ən böyük hərracına imza atıb. "Sotheby's" hərracında
müasir sənət əsərlərini təqdim edən Mark Rotko və Cekson Pollokun
əsərləri rekord qırıb. Rotkonun əsəri 75 milyon, Pollokun əsəri isə
40 milyon dollarlıq rekord qiymətlərlə nümayiş olunub. Auksiyon
zamanı rəqəmlər 375 milyon dollarla çatıb. Hərracda ortaya çıxan bu
rəqəmlər, sənət bazarında 2008-ci il böhranından sonra müasir
sənətə olan marağın artdığını göstərir.