Rok ulduzunun qızı narkotik komasına düşdü
15 Noyabr 2012 18:15 (UTC+04:00)
Movqe.Az bildirir ki,Amerikalı rok ulduz
Con Bon Covinin 19 yaşlı qızı yüksək dozada heroin qəbul etdiyinə
görə xəstəxanaya aparılıb. Kirkland polisi, Nyu Yorkda yerləşən
Hamilton kollecinin yataqxanasında bu gün səhər gənc bir qızın və
yanındakı oğlanın yüksək dozada heroin qəbul etdiyi xəbəri
ilə təcili yardım çağırıldığını, gəncin Bon Covinin qızı Stefani
Bonciovi, yanındakı oğlanın isə İan Qrant olduğunu bildirib.
Stefani Bonciovinin, adı açıqlanmayan bir xəstəxanada müalicə
altına alındığı söylənilir. Bonciovi və 21 yaşlı İan Qrantın
narkotikdən istifadə etdikləri üçün məhkəməyə çıxarılacaqları
bildirilib.