BƏƏ-də “Milli Dirçəliṣ Günü” qeyd edildi
16 Noyabr 2012 17:14 (UTC+04:00)
Movqe.Az xəbər verir ki,
BƏƏ fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti " Milli Dirçəliṣ
Günü" və Konstitusiya Günü münasibətilə Dubayda tədbir
keçirib.Tədbirdə iṣtirak edən "Əl-Bəyan" qəzetinin müxbiri nəşrin
16 noyabr sayında " Azərbaycan Milli Dirçəliṣ və Konstitusiya
bayramlarını qeyd edir " sərlövhəli məqalə dərc
edib.
Məqalədə deyilir: "BƏƏ Azərbaycan diasporu
Azərbaycanın rəsmi bayramını- Milli Dirçəliṣ Gününün 22-ci
ildönümünü və Konstitusiya gününü qeyd edib. Bayram tədbirində
çıxıṣ edən Azərbaycan diasporunun rəhbəri Samir Imanov bildirib ki,
müstəqil Azərbaycan Respublikasının Konstitusiyası referendum yolu
ilə 1995-ci ilin noyabr ayının 12-də qəbul edilib. S.İmanov qeyd
edib ki, 1990-cı ilin noyabr ayının 17-də Naxçıvanda Azərbaycan
xalıqnın ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə keçirilən
ilk sessiyada qərara alınıb ki, Naxçıvan Sovet Sosialist
Respublikası adından Sovet və Sosialist sözləri götürülsün və
Azərbaycanın 3 rəngli bayrağı ölkənin hər tərəfində qaldırılsın. Bu
gün, Azərbaycanən müstəqilliyinin rəsmən bəyan edilməsindən öncə
belə Azərbaycanın ilk Milli Dircəliṣ günü hesab edilir. İmanov qeyd
edib ki Azərbaycan Respublikasınının müstəqilliyinin bərpa
edilməsində ümummilli lider Heydər Əlieyvin misilsiz və xüsusi rolu
olub".