Qafqaz Universiteti ilə qardaş Türkiyənin 2 Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
16 Noyabr 2012 17:54 (UTC+04:00)
Qafqaz Universiteti ilə qardaş Türkiyənin Muğla Sıtkı və Rizə Rəcəb
Tayyib Ərdoğan Universitetləri arasında anlaşma memorandumu
imzalanıb. Memorandumun imzalanma mərasimi Qafqaz Universitetinin
Tempus ofisində keçirilib .Tədbiri giriş sözü ilə açan Qafqaz
Universitetinin rektoru professor Əhməd Saniç Azərbaycan və Türkiyə
mehriban qardaşlıq münasibətlərindən danışıb. Rektor
müasir dünyada təhsilin önəmli rolunu qeyd edərək bu sahədə
əməkdaşlığın vacibliyini söylədi . Daha sonra rektor nitqində Ulu
Öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün kəlamlarını məclis
iştirakçılarının diqqətinə çatdırdı . Rektor Ahmet Saniç cıxışını
başa vurduqdan sonra söz Türkiyədən gələn Muğla Sıtkı
universitetinin rektoru, professor Mansur Harmandara verildi.
Rektor "Qafqaz Universitetinin nəaliyyətlərini çox duymuşdum,
bəli indi də gəldim gördüm, duyduğum kimidir sizlərə
başarılar arzulayıram" söylədi. Sonra söz Rizə Rəcəb Tayyib Ərdoğan
Universitetinin rektoru, professor Arif Yılmaza verildi .
Rektor Qafqaz Universiteti ilə qurulacaq əlaqələrin gözəl bəhrə
verəcəyindən söz açdı. Sonra Anlaşma Memorandumu imzalandı. Sənədi
Qafqaz Universitetinin rektoru Ahmet Saniç qardaş Türkiyənin
Muğla Sıtkı və Rizə Rəcəb Tayyib Ərdoğan Universitetlərinin
rektorları imzaladılar. Memorandumda universitetlər
arasında elm və təhsil sahələrində əlaqələri inkişaf etdirmək və
tələbə- müəllim mübadiləsi məsələləri nəzərdə tutulmşdur.